Baş prokuror: Koçaryan həbsdə qalmalıdır

Baş prokuror: Koçaryan həbsdə qalmalıdır

28-11-2018 14:23 / Bu xəbər 1713 dəfə oxundu

Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə prokurorluğun müraciətini nəzərdən keçirir.

Trend-in məlumatına görə, baş prokuror R.Koçaryanın həbsdə saxlanmasının zəruri olduğunu qeyd edir.

R.Koçaryan bu ilin iyulunda 2008-ci il hadisələri ilə əlaqədar həbs olunmuş, lakin Apellyasiya məhkəməsinin qərarı ilə azad edilmişdi.

Bir müddət Kassasiya məhkəməsi prokurorluğun şikayətini təmin etmiş və Apellyasiya məhkəməsinə işə yenidən baxmağı tövsiyə etmişdi.