Baş Prokurorluq: "Polis əməkdaşlarına cinayət işinin başlanması barədə məlumat doğru deyil"

Baş Prokurorluq:

10-06-2019 18:03 / Bu xəbər 840 dəfə oxundu

"Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil".

Bu barədə "Report.az" xəbər yayıb. 

Məlumatda deyilir ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafiq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.

Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.