Baş redaktor dəm qazından boğulub öldü

Baş redaktor dəm qazından boğulub öldü

02-03-2018 16:27 / Bu xəbər 2506 dəfə oxundu

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Trend xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. 

"Femida-007" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.