BDU-nun mətbuat xidmətinin rəhbəri işdən ayrılıb

BDU-nun mətbuat xidmətinin rəhbəri işdən ayrılıb

12-02-2020 13:02 / Bu xəbər 484 dəfə oxundu

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova vəzifəsindən ayrılıb. 

APA xəbər verir ki, bu barədə o "Facebook” hesabında yazıb: "2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olub, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik".

BDU-dan APA-ya bildirilib ki, P. İbrahimovanın yerinə hələlik təyinat olmayıb.