Benzin gömrük rüsumundan azad edildi

Benzin gömrük rüsumundan azad edildi

28-08-2019 16:47 / Bu xəbər 1133 dəfə oxundu

Nazirlər Kabineti Azərbaycana idxal edilən bəzi növ avtomobil benzinini gömrük rüsumundan azad edib.

Bununla bağlı avqustun 26-da Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib.

Həmin qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. 

Qeyd olunan benzin növlərində gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-də tətbiq olunacaq və 90 gün qüvvədə qalacaq.

Müstəqil ekspertlər bunu ölkənin neft emalı zavodunda təmir işlərinin gözlənməsi ilə izah edirlər. 

Onların fikrincə, əks halda Azərbaycanda həmin növlərdə benzin bahalaşa bilərdi

Azərbaycanda Nazirlər Kabineti bundan əvvəl də oxşar qərarlar verib.///azadliq.org