Beynəlxalq müşahidə missiyasının Gürcüstandakı seçkilərlə bağlı rəyini açıqladı

Beynəlxalq müşahidə missiyasının Gürcüstandakı seçkilərlə bağlı rəyini açıqladı

29-11-2018 16:13 / Bu xəbər 1319 dəfə oxundu

28 noyabrda Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunu müşahidə etmiş beynəlxalq müşahidə missiyası rəyini açıqlayıb.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, müşahidə missiyası ikinci turun yaxşı təşkil edildiyini və rəqabətli olduğunu bildirib.

ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, prezidentliyə namizədlər azad şəkildə seçkiöncəsi kampaniya apara biliblər: "Lakin prosesə xələl gətirən neqativ halları da qeyd etməliyik. Bunlara kəskin ritorika, inzibati resurslardan sui-istifadə, güclü polyarizasiya və digər hallar daxildir”.

Missiya seçkilərin ikinci turunda seçici fəallığının yüksək olmasını müsbət qiymətləndirib, lakin eyni zamanda bunun seçicilərin mümkün qorxudulması hallarına yol verilməsi ilə bağlı şübhələrin gücləndirdiyini qeyd edib.

Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞPA, və Avropa Parlamentinin nümayəndələri daxildir.