Bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezidentə təqdim olunub

Bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezidentə təqdim olunub

31-08-2018 13:58 / Bu xəbər 1863 dəfə oxundu

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlət başçısına təqdim olunub.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat veriblər.