Bir sıra məntəqələrdə seçki qutuları şəffaf deyil

Bir sıra məntəqələrdə seçki qutuları şəffaf deyil

11-04-2018 11:06 / Bu xəbər 2583 dəfə oxundu

''Get dövlətdən soruş''

"Müşahidəçi olduğum seçki məntəqəsində seçki qutularının bəziləri şəffaf deyil”.

Seçkilərdə müşahidəçilik edən fəal Əli Zeynal belə deyir.
 
O, Bakıının Yasamal rayonunda 17-ci seçki dairəsinin 5, 6, 7-ci məntəqələrində müşahidəçidir. Məntəqə 52 saylı məktəbdədir.

Ə. Zeynal deyir ki, əvvəlcə qutuların üstündə nömrələr və gerblər də vardı. Məntəqə sədrinə gələn zəngdən sonra söküldü:

"Sədrdən bunun səbəbini soruşdum. "Tapşırıq belədir, səbəbini biz də bilmirik. Sadəcə sökün dedilər, sökdük” - cavabını verdi”.

Müşahidəçi onu da bildirir ki, məntəqədəki qutuların bəziləri şəffaf olsa da bəziləri tünd rənglidir:

"Niyə fərqlidir? - deyə verdiyim suala isə məntəqə sədri "get dövlətdən soruş, bilmirəm” - cavabını verdi”.///meydan.tv