Biz, ReAl olaraq, Müsavatın yolu ilə gedirik - Erkin Qədirli

Biz, ReAl olaraq, Müsavatın yolu ilə gedirik - Erkin Qədirli

13-06-2017 18:38 / Bu xəbər 2146 dəfə oxundu

Erkin Qədirli

28 May - Respublika Günü - həm də Müsavat deməkdir. Belə gündə Müsavatı anmaq, Müsavata təşəkkür etmək, Müsavat ideyasına vurğun olduğumuzu demək gərəkdir. 

"Əski Müsavat" - "Çağdaş Müsavat" ayrı-seçkiliyini yapmaq istəmirəm. 

Ürəyimdə belə bölgü yoxdur. İnsanıq, qüsurluyuq, aramızda hər cür söhbət, umu-küsü ola bilir. Amma! 

Bunların heç birisinə görə Müsavatı qurban vermək olmaz!

Müsavat - ideyadır! Çox böyük bir ideyadır! İdeyaya üzv olmaq olurmu? Yox! Müsavatı düşünmək gərəkdir.

İş elə gətirib ki, bunun özü də sistem problemidir, "Müsavat" sözü bəzilərində ancaq bu gün siyasi səhnəmizdə olan partiyanın adıyla eyniləşdirilir. 

Təəssüf ki, onların da bir çoxunda bu eyniləşdirmə mənfi anlam daşıyır. Belələri ilə çox mübahisələrimiz olub.

Bununla belə, bu günədək nə ad, hansı hörmət qazanmışamsa, hamısını ortaya qoyub deyirəm: biz, ReAl olaraq, Müsavat ideyasından doğulmuşuq, Müsavatın yolu ilə gedirik, ürəyimizdə Müsavat var. Heç təəccüblü deyil ki, ReAl İdarə Heyətinin yarısı vaxtilə Müsavat Partiyasının üzvü olanlardır.

Diqqət edin, "keçmiş Müsavatçı" yazmadım, "vaxtılə Müsavat Partiyasının üzvü olanlardır" yazdım. Partiyalar gələr-gedərdir. Önəmli olan ideyadır. İdeyaların faktuallığı bəzən qəribə ola bilir. 

Ölkəmizin gerçəkliyi belədir: nə edirsən et, haraya gedirsən get, nəyə inanırsan inan - cümhuriyyətçisənsə, deməli, ürəyində Müsavat var!

Hər şeyi bir qırağa qoyub, hər şeyi ölçüb-biçib, buradan Müsavat Partiyasındakı dostlarımızı ayrıca təbrik edirəm.
 
Yazı müəllifin fesybuk səhifəsindən götürülüb.
 
Arqument.Az