Bloger Azərbaycana gətirildi

Bloger Azərbaycana gətirildi

08-02-2017 04:11 / Bu xəbər 2053 dəfə oxundu

Fevralın 7-də saat 22 45 radələrində Bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib.

A.Lapşini gətirən təyyarə Bakıda SW Biznes Aviasiyasında enib.

Elə fevralın 7-də Belarus Ali Məhkəməsi Bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğu qənaətinə gəlmişdi.

Bir qədər əvvəl Minsk şəhər Məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar qəbul etmişdi.

XATIRLATMA

Bloger Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. 

Bloger bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin Lapşinin təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapşin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapşinin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.///azadliq.org