BMT rəhbəri: "Qadın zorakılığı artıb"

BMT rəhbəri:

12-03-2019 12:53 / Bu xəbər 1300 dəfə oxundu

BMT rəhbəri bütün dünyada qadın hüquqları üzrə "dərin, hərtərəfli və amansız” geriləmə baş verməsiylə bağlı xəbərdarlıq edib.

Martın 11-də Qadınların Statusu üzrə Komissiyanın illik iclasında çıxış edən Baş katib Antonio Qutyeres "bu geriləməni geri oturtmaq” üçün mübarizəyə çağırıb.

1947-ci ildə yaradılandan bəri komissiyanın hədəfi "bütün insani sferalarda kişilərlə bərabərliyə” nail olmağı hədəf qoyub.

Qutyeres qadınlara zorakılığın artdığını vurğulayıb, özəlliklə insan haqları müdafiəçiləri və siyasi vəzifəyə seçilmək istəyən qadınlara qarşı bunun baş verdiyini deyib.

O, "səsini çıxaran qadınlara onlayn təzyiq”in olduğunu deyib, qadınların kişilərə nisbətən 26 faiz az işə götürüldüyünü vurğulayıb.

BMT-nin qadınlar üzrə agentliyinin rəhbəri Phumzile Mlambo-Ngcuka deyib ki, hazırda dünyada 131 milyon qız məktəbə getmir, ibtidai məktəbə getməyən qızların sayında 6 faizlik artım var.

Qadınların Statusu üzrə Komissiyanın sədri, İrlandiyanın BMT-dəki elçisi Qeraldine Nason deyib ki, dövlət və hökumət başçılarının 7 faizindən də azı qadınlardır. O, dünyada hər dörd parlament üzvünün yalnız birinin qadın olduğunu sözlərinə əlavə edib.

Onun sözlərinə görə, komissiya növbəti iki həftə ərzində analıq, təqaüdlər, yolların təhlükəsizliyi, nəqliyyat məsələlərini qaldıracaq.

Komissiya həmçinin qızlara bacarıqlar öyrədən məktəblər, qadınların əsas tibbi xidmətlərə çıxışı, "qadınlar və kişilər arasında baxım və ev işlərinin ədalətli bölgüsü” məsələlərinə diqqət ayıracaq, o vurğulayıb.

Azadlıq Radiosu