Britaniyanın hökumət başçısı dəyişdi

Britaniyanın hökumət başçısı dəyişdi

07-04-2020 12:43 / Bu xəbər 871 dəfə oxundu

Xarici İşlər Naziri Dominik Raab dünən gecə hökumətə rəhbərlik etmək səlahiyyətini əldə etməklə Böyük Britaniyanın faktiki Baş naziri olub.

Bu barədə ingilis mediası məlumat yayıb. 

Məlumata görə, Raab kabinet iclaslarına sədrlik edəcək, yüksək səviyyəli nazirlər və hökumət rəsmiləri ilə əlaqə quracaq və reanimasiya zamanı B.Consonun adından qərarlar qəbul edəcək.

Xatırladaq ki, Böyük Britaniya hökumətinin başçısı, koronavirusa yoluxmuş Boris Conson bazar ertəsi nahardan sonra reanimasiya şöbəsinə köçürülüb.

Nizami Bağırov