Bu gün Bakıda UEFA-nın final oyunu keçiriləcək

Bu gün Bakıda UEFA-nın final oyunu keçiriləcək

29-05-2019 11:00 / Bu xəbər 143 dəfə oxundu

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.

Saat 23:00-da başlayacaq matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.

Bu görüş London təmsilçilərinin 198-ci dueli olacaq. Bunların 76-da "Arsenal", 63-də "Çelsi" qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq.