Bu gün BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək

25-09-2016 13:41 / Bu xəbər 1291 dəfə oxundu

BMT Təhlükəsizlik Şurası bu gün Bakı vaxtı ilə 19.00-da Suriyanın Hələb şəhərindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

BMT TŞ-nin iclası Böyük Britaniya, Fransa və ABŞ-ın təşəbbüsü ilə çağırılıb.

"Frans Press”-in məlumatına görə, BMT TŞ-nin təcili iclası Hələbdəki hərbi əməliyyatla əlaqədar çağırılır.


Qeyd edək ki, bundan əvvəl Suriya ordusunun komandanlığı İŞİD-in nəzarətində olan Hələb şəhərinin azadetmə əməliyyatına başlandığını elan edib.///azadliq.info