"Bu ölkənin gələcəyi qaranlıqdır" - İlham İsmayıl

04-11-2016 16:39 / Bu xəbər 1945 dəfə oxundu

"Həbslər gözlənilən idi, çünki bu şəxslər PKK ilə öz aralarında məsafə qoymurdular, terror təşkilatı olan PKK-ya dəstək verirdilər, bu da cinayət məsuliyyəti yaradan haldır. Regionda partlayışların baş verməsi də yeni bir şey deyil, onsuz da Türkiyə ciddi təhlükələr əhatəsindədir: PKK, PYD, YPG, İŞİD.

Bu gün Türkiyə bütün bu terror təşkilatları ilə mübarizə aparır, Suriya və İraqda da bu mübarizəni aparmağa məcbur olur. Belə bir vəziyyətdə terrorçu təşkilatların Ankaradakı "beşinci kolon”u aranı qarışdırır, buna görə də dövlət bu cür tədbirlər görür”.

Bunu Toplum.Tv-yə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Türkiyədə baş verən son hadisələri, HPD rəhbəri Səlahəddin Dəmirtaşın və digərlərinin həbsini şərh edərkən deyib. 

Elxan Şahinoğlu: "Türkiyəni daha böyük təhlükələr gözləyə bilər”

Türkiyədə sosial şəbəkələrə girişin məhdudlanmasını şərh edərkən politoloq bildirib ki, 15 iyul çevrilişə cəhd günündən sonra Türkiyədə müəyyən qədər fövqaladə vəziyyət rejimi hökm sürür: "Düzdür, orada gündəlik həyatda bu o qədər də hiss olunmur, amma tədbirlər də həyata keçirilir. Kimsə terrorçulara dəstək olursa, onlarla öz arasında məsafə qoymursa, bu ideyaları təbliğ edirsə, onlara qarşı inzibati tədbirlər görülməlidir. Bu yaxınlarda "Cumhuriyyət" qazetinin bir çox köşə yazarları da həbs olundu. Balyoz və Ergenekon hadisələri təkrarlanmasın deyə bu hallar baş verdi.  İstənilən halda terrorla mübarizə genişlənməlidir”. 
Elxan şahinoğlu ile ilgili görsel sonucu
Küdlərin çoxluq təşkil etdiyi regionlarda olan təhlükələrə toxunan politoloq bildirib ki, bu hadisədən sonra radikal kürdlər narazılıqlarını ortaya qoyacaq, hətta terror aktları da baş verə bilər: "Ancaq Türkiyə bütün bunları keçib. Abdullah Öcalan həbs olunub, Türkiyəyə gətiriləndə də aranı qatmaq istədilər. Türkiyə və Avropada küçə yürüşləri, mitinqlər keçirdilər, amma nəticədə Abdullah Öcalan yenə də həbsdədir və baş verənlər Türkiyənin qərarını dəyişmədi. İndi də terrorla mübarizə gedən bir vaxtda içəridə olan terror dəstəkçiləri neytrallaşdırılmalıdır. Ola bilsin, müəyyən təhlükələr olsun, onsuz da Türkiyə üçün onlar hər zaman var. Ancaq Türkiyə bu mübarizəni aparmağa məcburdur, çünki seyrçi qalsa, ölkəni daha böyük təhlükələr gözləyə bilər”.
 
İlham İsmayıl: "Səlahəddin Dəmirtaşın PKK ilə hər zaman əlaqələri olub" 

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Toplum Tv-yə şərhində qeyd edib ki, Türkiyədə 15 iyul darbe cəhdinə qədər gedən proseslər də xoş deyildi: "Atatürkün qoyduğu siyasətdən yayılmalar hər gün görünürdü.  15 iyul hadisələrinin baş vermə səbəbi də elə bu idi. Daha sonra da Ərdoğanın siyasəti onun əleyhinə olan adamları, əməldə yox, sadəcə, onu istəməyən adamlara qarşı böyük repressiyaya başlamaq oldu. Bu repressiyalar nəticəsində Türkiyə xarici siyasətində də fərqli yanaşma sərgiləməyə başladı. Yəni NATO üzvu olmasına baxmayaraq, alyansın tələblərini faktiki yerinə yetirmir, Rusiyaya, İrana yaxınlaşmaq istəyir. Bu proseslər Türkiyənən gələcəyini çox qaranlıq göstərir”. 
İlham İsmayıl ile ilgili görsel sonucu
Politoloq Səlahəddin Dəmirtaşının həbsini Türkiyənin ziyalılarına, demokratik qisminə, sivil müxalifətinə qarşı aparılan repressiyaları pərdələmək üçün atılan addım kimi dəyərləndirib: "Səlahəddin Dəmirtaşın fəaliyyəti daha kəskin idi, nəinki "Cümhurriyyət" qəzetinin və ya digər bir mətbu orqanların. Bu həbslə hakimiyyət sanki millətçilərin gözündə qalxmaq istəyir. Amma bu həbs ümumilikdə çox ziyanlıdır və bu hadisələr Türkiyənin həm xarici, həm daxili siyasətində çox pis və acı nəticələr verir. O ki qaldı Səlahəddin Dəmirtaşın PKK ilə əlaqədə təqsirləndirməyə, bu əlaqə birinci dəfə deyil, hər zaman olub. PKK-nın silahlı və siyasi qanadları arasında elə də ciddi fərq olmayıb. Kimisə uydurulmuş "FETÖ” ilə əlaqəyə görə həbs edirlərsə, bu həbslər də olmalı idi. Bəs niyə bu həbs indi baş verdi? Məncə, bu, millətçiləri qane etmək və balans yaratmaq üçün edildi”. 

Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə "Cümhuriyyət" qəzetinin köşə yazarları, ötən gün isə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və bu partiyadan olan 11 deputat göz altına alınıb.

Bəhruz Səmədov