“Buta Palace”ın art direktoru arvadını 5-ci mərtəbədən atdı

“Buta Palace”ın art direktoru arvadını 5-ci mərtəbədən atdı

11-12-2018 14:42 / Bu xəbər 1801 dəfə oxundu

"Buta Palace"ın art-direktoru Ramiz Taxvelinin arvadını 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atdığı deyilir. 

Sputnik.az-ın məlumatına görə, Ramiz Taxveli polisə verdiyi ifadədə cinayəti etiraf edib.

Belə ki, o, Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını münaqişə zəminində öldürdüyünü deyib. 

R. Taxveli deyib ki, gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıblar. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

Münaqişə zamanı kişi həyat yoldaşını hərəkətlərinə görə qınayıb. Qətl də aralarındakı yanlış anlaşma səbəbindən baş verib.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

Onların birgə nikahdan iki uşağı var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Polis saxlanılan şəxsin maşınına baxış zamanı içində ümumi çəkisi 5.647 qram marixuana olan kibrit qutusu tapıb. 

Faktla bağlı cinayət işi açılıb.

Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”ın art direktorudur. 

O həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq artisti Gülağa Məmmədovun nəvəsidir.