Cahangir Əsgərovun qızına aid “Gazelli”də güclü yanğın - VİDEO+YENİLƏNİB

Cahangir Əsgərovun qızına aid “Gazelli”də güclü yanğın - VİDEO+YENİLƏNİB

19-09-2017 17:14 / Bu xəbər 308 dəfə oxundu

Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 

Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

***

"Qafqazinfo" xəbər verir ki, yerli kosmetika brendi "Azal" prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

"Gazelli Group"un mətbuat katibi Yelena Siderenko "Qafqazinfo”ya açıqlamasında bildirib ki, təxminən 1 saat əvvəl zavodun həyətindəki anbarlardan birində qısqapanma baş verib: "Yanğının qarşısı tez bir zamanda alınıb. Nəticədə nə insanlara, nə də ki məhsullara ziyan dəyib. Mediada bu barədə yayılan məlumatlar yalandır. Qısaqapanma zavodun özündə deyil, anbarların birində baş verib. Panika yaratmamaq üçün bizimlə əlaqə saxlasınlar. O anbarda məhsullar yox, qablar saxlanılırdı. Hazırda yanğın söndürülüb, heç bir təhlükə yoxdur”.
 
***

"Gazelli” şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib".
 
Bunu APA-ya "Gazelli Group” şirkətinin hüquqşünası Murad Əliyev deyib.
 
Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü".
 
M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim xəsarət almayıb: "Yanğının baş vermə səbəbi araşdırılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.