Cahangir Hacıyevə hökm oxundu: 16 il 6 ay

Cahangir Hacıyevə hökm oxundu: 16 il 6 ay

05-09-2019 16:04 / Bu xəbər 355 dəfə oxundu

Keçmiş deputat Dünyamin Xəlilov da daxil olmaqla daha bir neçə nəfərə hökm oxunub

"Beynəlxalq Bank”ın keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin cəzası 15 ildən 16 il 6 aya qaldırılıb. 

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona, bacanağı, tütün fabrikinin direktoru olmuş İsmayıl Hidayətzadəyə, keçmiş deputat Dünyamin Xəlilova və Beynəlxalq Bank işi üzrə təqsirləndirilən daha 18 nəfərə hökm oxunub.

Hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, İ.Hidayətzadə 5 il 6 ay, D.Xəlilov 14 il 6 ay azadlıqdan məhrum edilib.

F.Xəlilovun işçiləri olmuş, adlarına bankdan kredit götürülmüş 18 nəfərə isə şərti cəza verilib.

Onlar Cinayət Məcəlləsinin 179 (mənimsəmə) maddəsilə təqsirli bilinib. C.Hacıyevə CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsilə cəza təyin edilməyib. Hökmdə göstərilib ki, bu ittiham üzrə məsuliyyətə cəlbetmə müddəti keçib.

Vergilər Nazirliyinin 1 milyon 750 min manatlıq mülki iddiası təmin edilməyib. Bildirilib ki, D.Xəlilov haqqında əvvəlki hökmdə bu məsələ artıq öz əksini tapıb.

"Aqrarkredit” QSC də 3.7 milyardlıq mülki iddia qaldırmışdı. Bu iddia qismən təmin olunub.

Meydan.tv