Cavuşoğlunun Hollandiyaya buraxılmadı

Cavuşoğlunun Hollandiyaya buraxılmadı

11-03-2017 16:17 / Bu xəbər 2479 dəfə oxundu

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkəyə uçuş icazəsini ləğv edib. 

Toplum tv "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Cavuçoğlunun referendumla bağlı Hollandiyada yaşayan Türkiyə vətəndaşları ilə Rotterdam şəhərində keçirmək istədiyi görüş iki ölkə arasında siyasi krizis yaradıb. 

Hollandiya rəsmiləri uçuş icazəsinin təhlükəsizlik səbəbləri ilə ləğv olunduğunu deyib. 

Cavuşoğlu isə səhər saatlarında canlı yayımda bildirmişdi ki, eniş icazəsi ləğv edilərsə, bu, Hollandiya hökumətinə ağır başa gələcək. 

Çavuşoğlu hər bir halda Hollandiyaya gedəcəyini bildirib. 

İcazənin ləğv edilməsi Hollandiya tərəfindən rəsmən elan edildikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisəyə münasibət bildirib. 

Ərdoğan Hollandiya hökumətinə xitabən: "Sən istədiyin qədər xarici işlər nazirimizin təyyarəsinə eniş icazəsi vermə, görək səni təyyarələrin bura gələ biləcəkmi? Bunlar nasist qalıntılarıdır, bunlar faşistdir”, - bildirib.