D18 Hərəkatı çağırış etdi

D18 Hərəkatı çağırış etdi

25-07-2016 21:12 / Bu xəbər 741 dəfə oxundu

Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişikliklər haqqında referendum aktı layihəsinə müsbət rəy verib. 

D18 Hərəkatı anti-konstitusiya qəbulunun qarşısını almaq üçün çağırış edib.

Hərəkatdan Arqument.az-a təqdim olunan çağırışda deyilir:

"Hakimiyyət artıq kral üsul-idarəsi yaradır. Keçiriləcək referendum Cümhuriyyət dəyərlərinin məhv edilməsidir. Parlamentin funksiyası, mülkiyyət hüququ, prezidentlik idarəetməsinin sərtləşdirilməsi ölkəmizin gələcəyini sual altına qoyur. Biz D18 Hərəkatı olaraq hesab edirik ki, hakimiyyətin atdığı antidemokratik addımların qarşısını almaq üçün müxalifət və ziyalılar bir arada birləşməlidir. Siyasi qurumlar fərdi şəkildə addım atacağı təqdirdə heç bir müsbət nəticə əldə edə bilməyəcək.

Hakimiyyətin antikonstitusyon addımına qarşı cəsarət göstərib etiraz edən hər bir şəxs bir çətir altında birləşib, xalqın qarşısına çıxmalıdır. Biz ölkəmizin bu ağır durumunda "kim yaxşı müxalifətdir?” və ya "yeganə müxalifət bizik” davasını aparıb bölücülük siyasətindən əl çəkməli, birləşib Cümhuriyyət dəyərlərini qorumalıyıq.

Ölkəmizin bu anında birləşməyəcəyimiz təqdirdə nə tarix, nə də xalq bizi bağışlayacaq”.

Arqument.Az