D18 Hərəkatı ofisdən çıxarılıb (VİDEO)

D18 Hərəkatı ofisdən çıxarılıb (VİDEO)

10-03-2020 18:49 / Bu xəbər 959 dəfə oxundu

Martın 10-da D18 Hərəkatı ofisdən çıxarılıb.

Obyektin sahibi Hərəkatdan tələb edib ki, ofisi tərk etsinlər. 

D18 Hərəkatının sədri Ruslan İzzətlini isə Toplum.Tv-yə deyib ki, ofisin sahibinə təzyiqlər edilib və bu siyasi motivlidir.

Onun sözlərinə görə, martın 8-də səhər saatlarında polis D18 Hərəkatının ofisini mühasirəyə alıb.

Öncə yoxlamanın karonavirusla bağlı olduğu deyilsə də, daha sonra sakinlərin şikayəti əsasında ofisin qapadılması tələb edilib.

R. İzzətli bu təzyiqləri hərəkatın fəaliyyəti və seçkidəki aktivliyi ilə əlaqələndirib.

Elmar Əziz