Daha bir jurnalist azadlığa buraxıldı

Daha bir jurnalist azadlığa buraxıldı

24-04-2018 19:27 / Bu xəbər 2506 dəfə oxundu

Siyasi məhbus kimi tanınan "7gun.az” saytının baş redaktoru Cavid Şirəliyev azadlığa buraxılıb. 

Bu barədə Toplum Tv-yə jurnalistin anası Zahirə Şirəliyeva məlumat verib. 

O bildirib ki, Gəncə Apelyasiya Məhkəməsi işi Cinayət Məcəlləsinin 62-ci maddəsinə tövsif edərək jurnalisti sərbəst buraxıb. 

Cavid Şirəliyev 2014-cü il senytabrın 1-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə təqsirli bilib və o, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Gülzar N. Məmmədli