Daha bir meyxanaçı narkomoniyanı təbliğ etdiyi üçün həbs olunub

Daha bir meyxanaçı narkomoniyanı təbliğ etdiyi üçün həbs olunub

26-04-2019 16:25 / Bu xəbər 1189 dəfə oxundu

Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib. 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayıb. 

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.