Daha bir sayt 8 yaşını qeyd etdi

Daha bir sayt 8 yaşını qeyd etdi

06-10-2017 18:27 / Bu xəbər 1088 dəfə oxundu

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.

Bu barədə Arqument.Az-a saytın baş redaktoru Əlişir Əhəd məlumat verib. 

O bildirib ki, Tia.az saytı 2009-cu il oktyabırın 6-da Azərbaycan internet məkanına qoşulub: "Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin saytımız qısa zamanda  oxucu diqqətini və rəğbətini qazana bildi. 8 ildir ki, ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik və operativlik nümayiş etdirir". 

"Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız da bizimlə əməkdaşlıq edir. Tia.az bu sahəyə yeni gələn yazarlara dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. Bir sözlə, Tia.az oxucuların ona olan böyük inamını doğrulda bilib. Bu günə qədər bu xəbər portalında zəhməti keçmiş hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir və  bu gün münasibətilə kollektivimizdə hər kəsi təbrik edirik!", - baş redaktor bildirib.