Daha iki jurnalistin “stop”u götürüldü

Daha iki jurnalistin “stop”u götürüldü

13-05-2019 18:41 / Bu xəbər 718 dəfə oxundu

Meydan tv-yə qarşı açılmış cinayət işinə görə ölkədən çıxışına qadağa qoyulan jurnalistlər - Sevinc Vaqifqızı və Elnur Muxtarın səfər qadağası götürülüb.

Məlumatı Sevinc Vaqifqızı sosial şəbəkə paylaşıb.

"4 ildən sonra biz də Biləcəridən o tərəfə çıxa biləcəyik”, – deyə şərh edən jurnalist Baş Prokrorluq qarşısından şəkil paylaşıb.

Bu "stop"ların götürülməsindən sonra yalnız Emin Aslanın səfər qadağası hələ də qüvvədədir. 

Hüquqşunas Emin Aslan da Meydan Tv-yə qarşı açılmış cinayət işinə görə ölkədən çıxışına qadağa qoyulmuşdu.

Daha əvvəl Meydan TV-nin rəhbərliyinə qarşı açılmış cinayət işinə şahid qismində cəlb edilən jurnalistlərdən mayın 1-də Aynur Elgünəşə, mayın 6-da İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və Rasim Qaracaya, mayın 7-də isə Aytən Ələkbərova (Fərhadova), Aytac Əhmədova və Tural Əsədovdur qoyulmuş qadağalar ləğv olunub.

Meydan TV-nin rəhbərliyinə qarşı cinayət işi 2015-ci ildə açılıb. 

Bundan sonra 15-dən çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub.

Mayın 3-də ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.