DAS-dan həmrəylik müraciəti

DAS-dan həmrəylik müraciəti

30-07-2018 16:03 / Bu xəbər 1433 dəfə oxundu

DAS Avropada fəaliyyət göstərən təşkilat və birliklərə müraciət edib. 

Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilat Avropada fəaliyyət göstərən təşkilat və birliklərə, eyni zamanda bütün siyasi fəallara müraciət edib.

Müraciətdə deyilir ki, 23-25 avqust 2018-ci il tarixdə Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri nəzərdə tutulur: "Xanım Merkelin Azərbaycanda da olacağı bildirilir. 

Bu səfərlə bağlı DAS xanım Merkelin Berlindəki iqamətgahı qarşısında aksiya keçirəcək. 

DAS Avropada fəaliyyət göstərən bütün təşkilat və fərdləri dəvət edir.

Qeyd edək ki, tədbir 22 avqust 2018-ci ildə saat 15:00-da Almaniyanın Berlin şəhərində xanım Merkelin iqamətkahının qarşısında keçiriləcək".