Ddos hücumlarından sonra AzToday.az saytı dağıdılıb

Ddos hücumlarından sonra AzToday.az saytı dağıdılıb

06-09-2018 17:42 / Bu xəbər 2250 dəfə oxundu

Kütləvi Ddos hücumlarının nəticəsində AzToday.az saytı dağıdılıb. 

Bu barədə Turan-a saytın baş redaktoru Elmidar Əliyev məlumat verib. 

Onun sözlərinə görə, sayt eyni vaxtda 1 mln. İP-ünvandan girişə davam gətirə bilməyib.

"Sayt dağıdılıb, biz bütün arxiv materiallarını itirdik, çətin ki bərpa etmək mümkün olsun", - E.Əliyev bildirib.
 
Jurnalist saytın "SOCAR"-la bağlı yazılardan sonra dağıdıldığını iddia edib. 

O qeyd edib ki, AzToday.az bundan öncə də dəfələrlə haker hücumlarına məruz qalıb.

Budəfəki hücumun 2013-cü ildə Azərbaycan hakimiyyəti tərəfindən maliyyələşdirilməsi sayəsində amerikalı konqresmənlərin Azərbaycana səfərinin təşkilində əli olan Kemal Öksüzün,  ABŞ-ın sorğusu əsasında Ermənistanda saxlanması barədə məlumatların dərcindən sonra baş verib. 

E.Əliyevin sözlərinə görə, 2017-ci ilin noyabrında AzToday.az Azərbaycan ərazisində bloklanıb. 

E.Əliyev hesab edir ki, bu, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun göstərişi ilə edilib.

Mayda sayt açılıb. 

"Lakin göründüyü kimi, bizə uzun müddət çalışmağa imkan verməyiblər və saytı dağıdıblar", - E.Əliyev qeyd edib. 

O, bu ilin aprelində bir sıra KİV rəhbəri və jurnalist ictimaiyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilən Media klubun üzvüdür.