Departasiya Qurbanları Cəmiyyəti Vahid Əzizi təbrik etdi

Departasiya Qurbanları Cəmiyyəti Vahid Əzizi təbrik etdi

23-11-2015 17:59 / Bu xəbər 2070 dəfə oxundu

Departasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti tanınmış şair, ictimai xadim Vahid Əzizi 70 illik yubileyi münasibəti ilə təbrik edib. 

Cəmiyyətdən verilən xəbərə görə, qurumun İdarə Heyəti şair Vahid Əzizi təbrik etməklə yanaşı ona yeni yaradıcılıq uğurları, can sağlığı arzulayıb. 

Qeyd edilib ki, Vahid Əziz ən sevimli mahınıların və şeirlərin müəllifi olmaqla yanaşı, böyük vətəndaş, vətənini sevən ziyalı və el-obasına bağlı şəxsiyyətdir. 

Qeyd edək ki, 70 yaşını haqlayan şairin maraqlı həyat yolu olub. Şair Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Tərtər rayonunda orta məktəbi bitirib, əmək fəaliyyətinə Əli Bayramlı şəhərində "Şirvanneft” trestində başlayıb. 

Azərbaycan Politexnik İnstitutunu bitirib, Bakı Şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri, Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvü olub.

Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeirindən sonra başlayıb. 40-dan çox şerinə musiqi bəstələnib, diski buraxılıb.

Arqument.Az