Deputat: "Adamın nə qədər villası olar?.."

Deputat:

07-12-2016 16:42 / Bu xəbər 1336 dəfə oxundu

''Kimlər bu vəsaiti "qara bazar”a yönəldir? Bu qədər pullar bu insanların əlinə haradan düşür?''

''Mən bir millət vəkili olaraq, Azərbaycan məmurunun xalqın taleyini düşündüyünə şübhə ilə yanaşıram''.

Gununsesi.info xəbər verir ki, belə bir fikri deputat Yevda Abramov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırılmasına kəskin etirazını bildirən Y. Abramov deyib ki, məmurlar belə qəarar qəbul edərkən, görəsən, xalqı düşünürlərmi?

"Mən buna şübhə ilə yanaşıram”

Deputat deyib ki, hökumət qazın qiymətini qaldırsa da, onun keyfiyyətinə fikir vermir, təzyiq aşağıdır.

Valyuta bazarlarında baş verən hadisələrə toxunan deputat bildirib ki, "qara bazar”da bu qədər pul kütləsi haradandır?

"Kimlər bu vəsaiti "qara bazar”a yönəldir? Bu qədər pullar bu insanların əlinə haradan düşür?”, – deyə o bildirib.

Y. Abramov valyutadəyişmə məntəqələrinin bağlanmasına da etiraz edərək bildirib ki, bu əslində "qara bazar”ın vüsət alamasına şərait yaradıb: "Bu, eyni zamanda, işsizliyi artırdı. Xeyli insan işsiz qaldı. Necə deyərlər, bu öz effektini vermədi”.

Deputat hökumətin iqtisadi böhranla bağlı dediyi fikirləri qəbul etməyərək bildirib ki, onlarla razı deyil: "Belə bir böhran yoxdur. Bu sadəcə, bəzi iri ölkələr tərəfindən neft hasil edən ölkələri çökdürmək üçün həyata keçirilən bir siyasətdir. Ona görə də bunlardan qorxmaq lazım deyil. Əksinə, səriştəlilik nümayiş etdirib, yaranmış vəziyyətdən çıxış yolları aramalıyıq”.

O deyib ki, bunları burada danışanda çoxları deputatlardan inciyir: "Ancaq xalq da bizdən nəsə gözləyir və bizdən inciyir. Axı, belə də oturmaq olmaz?! Mən bu gün rayonumuz üçün heç nə istəmirəm. Bilirəm ki, 2017-ci il daha da çətin il olacaq, amma xalq Azərbaycan məmurundan çox şey gözləyir. Bunun üçün ilk növbədə korrupsiyadan əl çəkmək lazımdır. Xalqın yanına getmək lazımdır. Bu korrupsiyadan əl çəkib, bir-iki il çətin yaşamağa örənmək lazımdır. Xalqı düşünmək lazımdır. İnsanın nə qədər villası olar, dəniz kənarında, dağda… Belə olmaz, axı?! Danışırsan, deyirlər danışır, danışmırsan da, olmur”.

Arqument.Az