Deputat AzTV-ni bağlamağı təklif etdi: “Heç bir üstünlükləri yoxdur”

Deputat AzTV-ni bağlamağı təklif etdi: “Heç bir üstünlükləri yoxdur”

02-12-2017 12:04 / Bu xəbər 2087 dəfə oxundu

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. 

Deputat digər kanallara ayrılan vəsaitləri də xatırladıb: "Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək?"

"Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”, - deputat bildirib.