Deputat namizədliyini geri götürdü

Deputat namizədliyini geri götürdü

23-01-2020 19:26 / Bu xəbər 1290 dəfə oxundu

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib. 

Bu haqda məlumatı sfera.az saytı yayıb.

Azxeber.com məsələni dəqiqləşdirmək üçün Hacı Salayevlə əlaqə saxlayıb. 

O, xəbərin həqiqət olduğunu deyib: "Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm”.

Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.

Hacı Salayev 4-cü və 5-ci çağırış Milli Məclisin üzvü olub.