Deputatı oğlunu ev dustaqlığına buraxdırmağa çalışır

Deputatı oğlunu ev dustaqlığına buraxdırmağa çalışır

23-08-2019 16:48 / Bu xəbər 235 dəfə oxundu

Lerikin deputatı İqbal Məmmədov oğlunu ev dustaqlığına buraxdırmağa çalışır

Bu barədə jamaz.info saytı məlumat yayıb.

Sayt yazıb ki, buna görə deputat müxtəlif qurumlara minnətçi düşüb.

Məlumata görə, İqbal Məmmədov əvvəlcə məsələni "Bandotdel”də həll etmək istəyib, amma istəyinə çata bilməyib. 

Məhkəmə yolu ilə problemin çözülməsinə çalışmaları da fayda verməyib. 

Məlumatda deyilir ki, deputat dünən Baş Prokurorluğa üz tutub. Belə ki, prokurorluqda oğlu və qardaşı oğlunun heç olmasa ev dustaqlığına buraxılması məsələsində razılıq əldə etməyə çalışıb, lakin niyyəti hələ ki baş tutmayıb.