Deputat oğlunun toyu: Menyu 300 manatdır

Deputat oğlunun toyu: Menyu 300 manatdır

07-04-2019 16:37 / Bu xəbər 639 dəfə oxundu

Mirzəcan Xəlilov məlumatı təsdiqləyib 

Deputat Mirzəcan Xəlilov aprelin 19-da Bakıdakı dəbdəbəli "Bağçalı Saray" şadlıq sarayında oğlu Vüqar Xəlilova toy edəcək. 

Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir.

Bu barədə Demokrat.az-a məlumat daxil olub. 

Mirzəcan Xəlilov baş tutacaq toy mərasimi ilə bağlı yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

"Bəli, inşaallah bu ayın 19-u oğlumun toy mərasimini edəcəyəm. Bildiyiniz kimi, toy "Bağçalı Saray"da baş tutacaq", - deyə deputat əlavə edib.

"Bağçalı Saray" şadlıq sarayının direktoru Fərid adlı şəxs də aprel ayının 19-da toy mərasimi olacağını bildirib: "Bu ayın 19-na artıq mühüm toy sifarişimiz var. Toyun vaxtını dəyişdirmək mümkünsüzdür. Masanın qiymətlərinə gəldikdə isə qiymətlər fərqlidir. Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir".

Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının rəhbəridir.