Deputat təmsil olunduğu komitənin adını bilmədi

Deputat təmsil olunduğu komitənin adını bilmədi

07-12-2016 19:02 / Bu xəbər 1360 dəfə oxundu

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan deputat Mirzəcan Xəlilov bu gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı çıxış edib.

Ölkə.Az-ın məlumatına görə, çıxışı zamanı Mirzəcan Xəlilov Azərbaycanda kənd təsərrüfatının və pambıqçılığın inkişaf etdirilməsindən danışıb.

Deputat özünü təqdim edərkən, təmsil olunduğu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin adını düzgün söyləyə bilməyib.

M.Xəlilovun Milli Məclisdə çıxışı zamanı təmsil olunduğu komitənin adını düzgün səsləndirə bilməməsi birmənalı qarşılanmayıb.

Arqument.Az