''Devalvasiya olmayacaq''

''Devalvasiya olmayacaq''

01-02-2019 18:55 / Bu xəbər 1112 dəfə oxundu

Elman Rüstəmov: ''Kifayət qədər ehtiyatlarımız var''

Mərkəz Bank fevralın 1-dən uçot dərəcəsinin 0,5% azaldılması, yəni 9,75%-dən 9,25%-ə qədər endirilməsi barədə qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qərar qəbul edilərkən, bütün risk amilləri nəzərə alınıb.

Mərkəzi Bankın rəhbəri 2019-cu ildə devalvasiya olacağı barədə söhbətlərə toxunaraq, bunların yersiz olduğunu deyib.

"Devalvasiyadan danışmaq mümkün deyil. Kifayət qədər ehtiyatlarımız var. Dövlət Neft Fondunun ehtiyatları 3 milyard dollar artıb. Bu il, neftin qiymətlərindən asılı olmayaraq maliyyə bazarına 6,8 milyard dollar transfert ediləcək. Yeni büdcə qaydaları manatın qiymətini sabit saxlamağa imkan verir”, - E.Rüstəmov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə devalvasiya ilə üzən məzənnə terminlərini qarışdırmaq olmaz və şərhlərdə məhz üzən məzənnədən danışmaq lazımdır.

"Bütün proqnozlar neft qiyməti üçün konsensus proqnoz olan 60-70 dollar arasındadır. Dövlət büdcəsi də bundan hesablanıb”.

2019-cu il üçün inflyasiya proqnozlarına toxunan baş bankir bildirib ki, onların gözləntiləri 4%-dir.

"Mərkəzi Bankın bütün siyasəti bu göstərici ətrafında formalaşır”.

Meydan.tv