"Deyirlər ki, "Ağ şəhər" "ağ adamlar" üçündür" - REPORTAJ

06-01-2018 17:31 / Bu xəbər 2286 dəfə oxundu

Dünən, yanvarın 5-də, axşam saatlarında Turşu qəsəbəsində yaşayan 3 ailənin evinə 50-dən çox polis mülki geyimlisi və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.

Sakinlər Toplum.Tv-yə bildiriblər ki, onları evlərindən çıxarıblar.

Ardınca söküntü işlərinə başlayan şəxslər 3 ailəni evsiz qoyublar.

Ev sahiblərinin sözlərinə, görə bu addım onlarım evdən çıxma təklifi ilə razılaşmadıqlarından sonra atılıb. 

Hadisə yerinə gələn icra başçısının muavini isə ona unvanlanan suallara cavab verməyib və jurnalistlərə qarşı kobud davranıb.

Hazırda sakinlərin söküntüdən əvvəl çıxarılmış bəzi əşyaları kirayə kimi təqdim olunan evdədir.

Evləri sökülənlər Prezident Adminstrasiyasının qarşısına gediblər. Onlar gecəni orada keçirəcəklərini deyiblər. Ancaq sakinlər polis tərəfindən PA-nın qarşısından uzaqlaşdırılıblar.