Dünyada koronavirus: ölkələr necə mübarizə aparırlar?

Dünyada koronavirus: ölkələr necə mübarizə aparırlar?

04-04-2020 20:17 / Bu xəbər 1092 dəfə oxundu

İspaniya yoluxma sayına görə İtaliya ilə bərabərləşib. İndi hər iki ölkədə təxminən 120.000 xəstə qeydə alınıb. İspaniyada gün ərzində 932 nəfər virusdan həyatını itirib, bu, bir gün əvvəl qeydə alınan saydan (950) bir az azdır.

İtaliyada xəstəliyin səviyyəsi tədricən sabitləşməyə başlayıb, lakin ölənlərin sayı hər gün yüksək olaraq qalır. Ötən gün ərzində 766 nəfər koronavirusdan ölüb, demək olar ki, əvvəlki gün kimi. Dünənlə müqayisədə yeni xəstələrin sayı bir qədər azalıb.

İtaliya mətbuatının verdiyi məlumata görə "ayaqqabı kralı" kimi tanınan Sergio Rossi koronavirusdan həyatını itirib. Versace və Dolce & Gabbana ilə əməkdaşlıq edən 84 yaşlı dünya şöhrətli dizayner bir neçə gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib və xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

İngiltərədə koronavirusdan gündəlik ölüm nisbəti artmaqda davam edir. Son bir gündə burada 684 nəfər ölüb, bir gün əvvəl isə bu say 569 idi. Xəstəliyin yayılması da artır.
 
Birləşmiş Krallıq koronavirus xəstələrini müalicə etmək üçün iki müvəqqəti xəstəxana - Cənubi Qərbi İngiltərənin Bristol şəhərində bir universitetdə min xəstə üçün bir mərkəz və ölkənin şimalındakı Harrogate'də bir konfrans mərkəzində 500 çarpayılıq bir mərkəz inşa ediləcək. Beləliklə, yaxın həftələrdə ölkədə 5 sahə xəstəxanasının açılması planlaşdırılır.

Koronavirus səbəbindən, taxtda olduğu 68 il ərzində dördüncü dəfə Böyük Britaniya kraliçası II Yelizaveta televiziya ilə millətə müraciət edəcək. Təhlükədə uzaq olmaq üçün Kraliça öz vəzifələrini yerinə yetirməyi dayandırıb və həyat yoldaşı Edinburq hersoqu ilə Berkşirdəki Vindsor qalasındadır.

Fransada 18 yaşlı bir vətəndaş dördüncü dəfə karantin rejimini pozduğu üçün 3 ay həbs cəzasına məhkum edilib. Üçüncü pozuntuya görə o, elektron qolbaq taxmaqla iki aylıq ev dustaqlığına məhkum edilmişdir. Ancaq ertəsi gün həmin oğlan sürücülük vəsiqəsi olmadan bir avtomobili idarə edərkən yaxalanıb. 

Pandemiya başlayandan bəri 6 mindən çox məhbus Fransa həbsxanalarından azad edilib. Koronavirusun onlarla məhkum və həbsxana işçilərində aşkarlandıqdan sonra Fransa Ədliyyə Nazirliyi həbsxanalarda sağlamlığında problem olanları və cəzasının bitməsinə az qalanları vaxtından əvvəl azad etmək qərarına gəlib.

Almaniyada koronavirus xəstəliyindən ölənlərin sayı 1017 nəfərə çatıb, onlardan 145-i sonə təsadüf edib öldü. Ölkənin ən böyük stadionunda koronavirusa qarşı mübarizə mərkəzi açılacaq. Almaniyanın Dortmund şəhərindən olan "Borussia” futbol klubu, "İduna Park Signal” stadionundan COVİD-19 ilə mübarizə üçün istifadə edildiyini açıqladı.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün Berlində 1,5 metr - sosial məsafə qaydalarını pozduğuna görə - 500 avroya qədər cərimə tətbiq edilib.

ABŞ-da son 24 saat ərzində COVİD-19-da1480 nəfər ölüb. Epidemiyanın başlamasından bəri 1867 nəfərin öldüyü qeyd olunur. ABŞ-da son 24 saat ərzində 35.000-dən çox yeni COVID-19 yoluxma faktı aşkarlanmış və bu ölkədə rəsmi təsdiqlənmiş xəstələrin sayı 278 458-ə çatmışdır.
 
Nyu-York hələ də xəstəlikdən ən çox əziyyət çəkən şəhərdir.

Xəstəliyin yayılmasının böyük tempinə baxmayaraq, prezident Tramp ABŞ həkimlərinin tövsiyələrinə baxmayaraq tibbi maskası taxmayacağını söyləyib. 

Son iki həftə ərzində ölkədə tətbiq olunan karantin tədbirləri sayəsində 10 milyona yaxın ABŞ sakini iş yerlərini itirib. İngiltərə və ABŞ-da koronavirus böhranının yaratdığı işsizlik o qədər böyükdür ki, 1930-cu illərdəki "Böyük depressiya" səviyyəsini bir neçə ay ərzində dəf edə bilər.

Restoran və bar olmadan evdə əylənmək üçün amerikalılar daha çox spirt almağa başlayıblar. Amerika evlərində ən populyar içkilər pivə və şərabdır.

COVID-19 40 yaşlı məhşur amerikalı müğənni Pinkdən də yan keçməyib, o, koronavirusa yoluxduğunu etiraf edib. Pink, pandemiya ilə mübarizədə həkimlərə və səlahiyyətlilərə dəstək üçün 1 milyon dollar yardım etdiyini söyləyib.

Çin 3 dəqiqəlik sükutla koronavirus qurbanlarını yad edib. Şənbə günü, ölkədə koronavirusdan ölən 3 mindən çox insan üçün anım günü elan edilib. Axşam saat 10-da insanlar yerində dayanıblar; maşınlar, qatarlar və gəmilər səs siqnallarını işə salıblar və bayraqlar endirilib. Epidemiyanın episentri olan Uhan şəhərində 3 dəqiqə ərzində bütün işıqforlarda qırmızı işıq yanıb.

Ekvador şəhərlərinin boş küçələri cəsədlərlə doludur. Buna səbəb ölkədə xəstəxanalar həddən artıq yüklənməsi, qəbiristanlıqlarda yerlərin olmamasıdır.

Kolumbiyanın bəzi şəhərlərində, insanların şəxsiyyət nömrələrinin son nömrəsindən asılı olaraq həftənin müəyyən günlərində çölə çıxmasına icazə verilir.

Rusiya hüquq-mühafizə orqanları koronavirus barədə saxta xəbər yaymaq ittihamı ilk cinayət işini açıblar. Təqsirləndirilən şəxs, bir koronavirus xəstəsinin ictimai nəqliyyatla evə göndərildiyi barədə xəbəri sosial şəbəkələrdə yaymışdır. Bu ittihama görə "dezinformatora” 5 ilə qədər həbs cəzası verilə bilər.

Bu arada tək Moskvada son bir gündə 434 adamda koronavirus tapılıb. Xəbərə görə xəstələrin şəkilləri yaradılmış xüsusi bazaya əlavə ediləcək.

Ölkənin kənd təsərrüfatı nazirliyin rəsmi mətbu orqanın verdiyi məlumata görə əkin işlərinə tələbələr cəlb ediləcəklər. İlk olaraq 11 min tələbənin işlərə cəlb ediləcəyi bildirilir.

Tunisin küçələrində patrulu polis robotu həyata keçirir. Robot insanları dayandırır, sənədləri tələb edir və karantin rejimin olduğunu xatırladır.

Nizami 
Arqument.Az