Dollar 1.74 manatı ötdü

Dollar 1.74 manatı ötdü

08-12-2016 12:34 / Bu xəbər 1625 dəfə oxundu

AMB bir gün əvvəl üçün dolların məzənnəsini 1,7369 manat səviyyəsində müəyyən etmişdi

Dekabrın 8-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 manat məzənnəsi ilə başlayıb və 1,7414 manat məzənnəsi ilə yekunlaşıb.

AMB bir gün əvvəl üçün dolların məzənnəsini 1,7369 manat səviyyəsində müəyyən edib.