Dollar manat qarşısında yenə ucuzlaşdı

Dollar manat qarşısında yenə ucuzlaşdı

20-07-2017 15:39 / Bu xəbər 1729 dəfə oxundu

1 dollar 1.7012 manat oldu

İyulun 20-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Məlumatı AMB yayıb. Bildirilir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1.7012 olub. 

İyulun 20-si rəsmi məzənnəyə görə, 1 dollar 1.7017 manata bərabər olmuşdu.

Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənir. 

1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

İqtisadçı Natiq Cəfərli Azərbaycanda manatın möhkəmlənməsinin ciddi iqtisadi əsaslarının olmadığını düşünür. 

Deyir, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.