Dörd hərbçinin qəzada həlak olduğu bildirilir

Dörd hərbçinin qəzada həlak olduğu bildirilir

26-05-2020 21:20 / Bu xəbər 1800 dəfə oxundu

Sumqayıt şəhəri ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.

Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.

TƏBİB-dən bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə Bakı-Şamaxı magistralında, Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.