Dövlət Agentliyindən azyaşlının ölümü ilə bağlı açıqlama: Həkimlər işdən uzaqlaşdırılıb

Dövlət Agentliyindən azyaşlının ölümü ilə bağlı açıqlama: Həkimlər işdən uzaqlaşdırılıb

16-07-2019 22:51 / Bu xəbər 611 dəfə oxundu

Azyaşlının ölümündə günahlandırılan həkimlər istintaq müddətində işdən uzaqlaşdırılıb.

Bu barədə qurumdan Arqument.az-a verilən məlumatda deyilir.

Məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. 

Qurumdan bildirilib ki, araşdırma zamanı Ağdaş rayon Mərkəzi  Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.

Hazırda cinayət işi açılıb. 

Hüquq mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.