Dövlət Dəniz Adminstrasiyasına korrupsiya ittihamı – Prezidentə müraciət

Dövlət Dəniz Adminstrasiyasına korrupsiya ittihamı – Prezidentə müraciət

24-05-2016 01:10 / Bu xəbər 897 dəfə oxundu

Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun bu qurumda yaratdığı korrupsiya şəbəkəsi dənizçiləri boğaza yığıb

Rüşvət verməkdən cana doyan dənizçilər toplantı keçirərək prezidentə müraciət edəcəkləri bildirilir.

Arqument.Az xəbər verir ki, bu barədə bir neçə gün öncə azfakt.com saytı məlumat yayıb.

Məlumata görə, dənizçilər üçün artıq bıçaq sümüyə dayanıb. Çünki dənizçilər min cür əziyyətlə qazandığı pulların yarısından çoxunu Dövlət Dəniz Administrasiyasındakı sertifikat və diplom alverçilərinə verməli olurlar.

Hələik adının çəkilməsini istəməyən dənizçinin sözlərinə görə o, «Palmali» şirkətlərinə mənsub olan yük gəmilərində, bəzən isə tankerlərdə çalışır. Ağır iş şəraitinə baxmayaraq, ayda 1050 dollar maaş aldığını bildirən dənizçi deyir ki, hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazancının müəyyən bir hissəsini rüşvət olaraq verməyə məcbur olur. Çünki başqa cür dənizə çıxmaq imkanı olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlaırı almalıdır.  Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin böyük, ya da kiçik gəmilərdə üzməsindən asılı olaraq hər bir dənizçiyə 7, ya da 8 sertifikat verilir və bu serifikatları dənizçilər Dövlət Dəniz Administrasiyasından verirlər. Bu qurumda isə sertifikatları sadəcə satırlar. Həm də açıq bazardakı kimi. 

AzFakt.com-u məlumatlandıran dənizçinin bildirdiyinə görə sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa hər bir dənizçi bu qurumda fəaliyyət göstərən və söyləntilərə görə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova birbaşa bağlı olan şəbəkə hər bir dənizçidən hər bir sertifikata görə 150 manat tələb edir. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir. Yəni tələb olunan rüşvət verilmədikdə dənizçilər ailələrini saxlamaq üçün ciddi problemlərlə üzləşirlər.

Bu yolla Dövlət Dəniz Administrasiyasında külli-miqdarda rüşvət toplanılır. Mənbə bildirir ki, onlarda olan məlumata görə «Palmali» şirkətlərinin Bakı ofisinin rəhbərləri Dövlət Dəniz Administrasiyasındakı korrursiya və rüşvət şəbəkəsi ilə ortaq çalışır. Belə ki, «Palmali» şirkətlərinin Bakı ofisi bir qayda olaraq köhnə sertifikatlarda hansısa problemlər tapırlar və dənizə çıxmaq ərəfəsində olan dənizçilərdən təcili qaydada sertifikat almaq tələb olunur.

Lakin Dövlət Dəniz Administrasiyasında Qüdrət Qurbanov təkcə sertifikat alveri ilə öz cibini doldurmur. Qüdrət Qurbanovun ən böyük gəlir yerlərindən biri də matroslara verilən diplomların «satışı»ndan yaranır. Belə ki, matros diplomunun alış qiyməti 3000 manat, bosman diplomunun alış qiyməti 5000 manat və diplomun dəyişmə qiyməti isə 700-1000 manat arasındadır. 

Mənbənin sözlərinə görə bir neçə dəniz səfərindən sonra, bir qayda olaraq «Palmali» şirkətlərinin Bakı ofisində matros və yaxud bosman diplomu etibarsız hesab olunur və diplom dəyişdirilməsi əsas şərt olaraq ortaya çıxmış olur.

Bütün bunlarla bağlı mənbə bildirir ki, 30-dan artıq dənizçi gələn həftə mətbuat konfransı keçirərək ölkə prezidentinə müraciət edəcəklər. Həmin müracitdə onlar prezidentdən Qüdrət Qurbanovun rüşvət şəbəkəsini cəzalandırmağı xahiş etməklə yanaşı əllərində olan bir çox faktları da işıqlandıracaqlar.

Qeyd edək ki, Qüdrət Qurbanovun adı son zamanlar müxtəlif qalmaqallarda hallanır. Məhkəməyə müraciət edən vətəndaşlar Dövlət Dəniz Administrasiyasının rəhbərini  saxtakarlıqda ittiham edirlər. 

Həmin ittihamlarla aşağıdakı linklərdə tanış ola bilərsini:


 

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az