Dövlət media üçün nə qədər vəsait ayırıb?

Dövlət media üçün nə qədər vəsait ayırıb?

11-07-2019 14:01 / Bu xəbər 734 dəfə oxundu

2018-ci ilin dövlət büdcəsindən media sektoruna nə qədər vəsait ayrılmasına nəzər salıb.

Milli Televiziya və Radio Şurası büdcədən 811,7 min manat götürüb.

Radio, televiziya və nəşriyyat xərclərinin 7 milyon 957,8 min manatı AZƏRTAC-ın, 31 milyon 763,1 min manatı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 11 milyon 599, 5 min manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin payına düşüb.

"Azərbaycan” nəşriyyatı dövlət sifarişlərinin yerinə yetirilməsi üçün büdcədən 1 milyon 500 min manat götürüb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 31 min manat, "Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə 532,7 min manat ayrılıb.

Radio və televiziya redaksiyalarının saxlanması xərcləri 22,4 min manat məbləğində rəsmiləşib.

Azərbaycanın 2018-ci il büdcəsinin icrası haqqında qanun iyulun 10-da imzalanıb. Gəlirlər 22,5 milyard manat, xərclər 22,7 milyard manat məbləğində təsdiq edilib.

Novator.az