Dövlət Reklam Agentliyi yaradılır

Dövlət Reklam Agentliyi yaradılır

21-06-2017 00:17 / Bu xəbər 1453 dəfə oxundu

Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılır.

Prezident İlham Əliyev iyunun 20-də bununla bağlı fərman imzalayıb.

Fərmana görə, Dövlət Reklam Agentliyi publik hüquqi şəxsinin yaradılmasında məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni təmin etməkdir.

Agentliyin fəaliyyətinə prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək.

İlham Əliyevin digər sərəncamı ilə Aydın İbadov agentliyin direktoru təyin edilib.