DYP jurnalistə oğurluq nömrə satdı (FOTO)

DYP jurnalistə oğurluq nömrə satdı (FOTO)

13-05-2018 14:40 / Bu xəbər 1206 dəfə oxundu

Baş Dövlət Yol Polis  "İslahat.az" saytının yazarı Elşən Nəcəfova oğurluq nömrə satıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Elşən Nəcəfov şəxsi "Facebook" hesabında yazıb. 

Jurnalistin sözlərinə görə, hazırda onun 90-EG-987 dövlət nişanlı avtomobili cərimə meydançasındadır. 

Ona satılan nömrə ilə bağlı  müəamalı vəziyyət hələ də qalmaqdadır. 

Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər.  

Baş Dövlət Yol Polis İdarəsi hələ ki məsələyə münasibət bildirməyib.