Əbdülhey qayıdır

Əbdülhey qayıdır

02-06-2015 16:15 / Bu xəbər 1872 dəfə oxundu

Uzun illərdir "Kurtlar Vadisi”ndə Əbdülhey obrazını canlandıran, lakin daha sonra layihədən uzaqlaşan aktyor Kənan Çoban yenidən seriala qayıdır. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin monotonluğundan sıxıldığını deyərək oradan uzaqlaşan aktyor ssenariyə əsasən öldürülmüşdü. 

Bir müddət ATV-də yayımlanan "Bəyaz qərənfil” serialında baş rolda çəkilən Kənan istənilən nəticəni əldə edə bilməyib. Reytinq yığa bilməyən serialın yayımı dayandırıldığından aktyor uzun müddət ekranlardan uzaq düşmüşdü. 

Yenidən "Kurtlar vadisi”nə qayıtmağa qərar verən K.Çoban bunun üçün "Pana Film” prodüser şirkəti ilə danışıqlara başlayıb və Əbdülhey obrazının yenidən canlandırılması üçün ekran işinin ssenarisində bəzi dəyişikliklər edilməli olub. 

Əbdülhey ya üz nəqli edilmiş şəkildə, yaxud da yaralı üzlə layihədə yer alacaq. Obrazın hansı seriyada və nə vaxt ekrana gələcəyi isə hələlik bilinmir.

Arqument.Az