Əbülfəs Qarayev: "Bu, yolverilməzdir və biz daim bu kimi məsələlərə nəzarət edirik"

Əbülfəs Qarayev:

20-05-2019 15:03 / Bu xəbər 1031 dəfə oxundu

Mədəniyyət naziri Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirib.

Bu barədə məlumatı "Report.az" xəbər verir.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılma aparılacaq: ""Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən "google maps”da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”.