Əfqan Muxtarlı ev dustqlığına buraxılmadı

Əfqan Muxtarlı ev dustqlığına buraxılmadı

05-01-2018 15:58 / Bu xəbər 1797 dəfə oxundu

Bu gün, yanvarın 5-də Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının məhkəmə prosesi davam edib. 

Nemət Kərimli "Basta”ya bildirib ki, prosesdə Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı növbəti vəsatət verilib və təmin olunmayıb.

"Bundan başqa, Gürcüstan Daxili İşlər Nazirliyinin 2017-ci il 31 may tarixli bəyanatı və Əfqan Muxtarlının oğurlanması ilə bağlı cinayət işinin araşdırılmasının Gürcüstan Prokurorluğunun öz üzərinə götürdüyü barədə 21 iyun 2017-ci il tarixli rəsmi açıqlamanın cinayət işi materialarına əlavə olunması haqda vəsatət verdik. Vəsatət təmin olundu və həmin sənədlər Azərbaycan və gürcü dillərində məhkəmə materiallarına əlavə edildi”, – Nemət Kərimli bildirib.

Vəkilin verdiyi məlumata görə, bundan sonra hakim istintaq materiallarını məhkəmə iştirakçılarına elan edib.

Proses 12 yanvar saat 11:00-dək təxirə salınıb.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı Tbilisidə oğurlandıqdan sonra Azərbaycanda həbs edilib. 

Əfqan Muxtarlı ona qarşı ittihamların uydurma olduğunu, hakimiyyət əleyhinə yazılarına görə ölkə başçısı İlham Əliyevin sifarişi ilə həbs edildiyini bildirir.