Əfqan Muxtarlı müvəqqəti azadlıqda

Əfqan Muxtarlı müvəqqəti azadlıqda

08-02-2018 13:37 / Bu xəbər 291 dəfə oxundu

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün saxlandığı Şəki İstintaq Təcridxanasından müvəqqəti olaraq buraxılıb. Bu haqda "Basta”ya Müsavat başqanının müavini Elman Fəttahməlumat verib.
 .
Əfqan Muxtarlı artıq Zaqataladadır. Ona əzizlərinin 40 mərasimində iştirak etmək üçün iki gün möhlət verilib. Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının nəzarəti altındadır.  
 
"Basta”nın əldə etdiyi məlumata görə,  Əfqan Muxtarlının yas mərasimində iştirak etmək üşün sərbəst buraxılmasına diplomatik korpusun nümayəndələri ilə hakimiyyət arasında aparılan danışıqların sayəsində razılıq verilib.
 .