Əfqan Muxtarlını oğurlayanlardan birinin kimliyi məlumdur - Vəkildən açıqlama

Əfqan Muxtarlını oğurlayanlardan birinin kimliyi məlumdur - Vəkildən açıqlama

04-08-2017 18:17 / Bu xəbər 375 dəfə oxundu

Həbsdə olan jurnalist Əfqan Muxtarlının işində yeni gəlişmə var. 

Vəkil Nemət Kərimlinin "Basta”ya verdiyi məlumata görə, mayın 29-da Tbilisidə jurnalisti oğrayanlardan birinin kimliyi artıq məlumdur.

"Əfqan Muxtarlının Azərbaycandakı və Gürcüstandakı vəkilləri, eləcə də jurnalistlərin apardığı araşdırma nəticəsində Əfqan Muxtarlının oğurlanmasında iştirak edən 4 nəfərdən birinin kimliyi artıq məlum olub. Onun adı, soyadı, kimliyi müəyyənləşdirilib. Həmin şəxsin əlamətləri ilə Əfqan Muxtarlının özünün təsvir etdiyi əlamətlər üst-üstə düşür. Kiçik bir dəqiqləşmədən sonra onun kimliyi açıqlanacaq”, – Nemət Kərimli bildirib.

Əfqan Muxtarlı dövlət sərhəddini qanunsuz keçməkdə, sərhədçiyə xəsarət yetirməkdə, sərhəddən deklorasiya olunmamış pul keçirməkdə ittiham olunur. Əgər Əfqan Muxtarlının Tbilisidə oğurlandığı sübuta yetərsə, bu, ona qarşı ittihamların alt-üst olması deməkdir.

Onu da əlavə edək ki, Gürcüstan Prokurorluğu Əfqan Muxtarlı işinin istintaqını öz üzərinə götürüb. Bundan əvvəl istintaqın aparıldığı kriminal polisin və əks-kəşfiyyat idarəsinin rəisləri istintaq başa çatanadək istefaya göndərilib.

Bastainfo.com